ZAKİR HƏSƏNOV hərbi təlimlər keçirilən bölgədə - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlər keçirilən bölgəyə gedib.
Nazir keçirilən təlimlərə rəhbərlik edəcək.
AzerTaym.az xəbər verir ki. Nazirliyin məlumatına görə, general-polkovnik Z.Həsənov müxtəlif poliqonlar və təlim sahələrində keçirilən təlimin senarisinə uyğun olaraq qarşıya qoyulan məqsəd və vəzifələr barədə məruzələri dinləyib.
Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə və təlim iştirakçılarına bir daha çatdıran müdafiə naziri genişmiqyaslı əməliyyat-taktiki təlimlərin təşkili və keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.






Fikirlər