Vidadi Zeynalovun məhkəməsi YENİDƏN TƏXİRƏ SALINDI

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) sabiq sədri Beytulla Hüseynov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Rabitə, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov verdikləri kassasiya şikayəti üzrə məhkəmə prosesi baş tutmayıb.

Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən proses heç bir səbəb göstərilmədən noyabrın 28-ə qədər təxirə salınıb.
Onu da qeyd edək ki, bu iş bir neçə dəfədir baxışı təxirə salınır.
Qeyd edək ki, Vidadi Zeynalovun qohumları Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti veriblər. Onlar əmlakları üzərinə qoyulmuş həbsin götürülməsini tələb ediblər. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynov ona verilən cəzadan narazıdır. O, barəsində bəraət hökmünün çıxarılmasını və üzərində həbs olan əmlaklarının özünə qaytarılmasını istəyir. Digər məhkumlarda günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını və bəzi əmlaklarının üzərinə qoyulan həbslərin götürülməsini istəyiblər. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevəin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsində Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası 7 il 6 ay salınıb. Namazalı Məmmədov, Emin Məmmədov, Anar Mustafayev və Qəmbər Beybalayev barəsində isə şərti cəza tədbiq edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb. Səlcuq Elçin






Fikirlər