"Teleqüllə" ətrafında sürüşməyə meyilli iki zona tapıldı - SOS

"Bakının Səbail rayonunda, "Teleqüllə" ətrafında olan sürüşmədən sonra iki sürüşməyə meyilli zona tapılıb, həmin ərazilər nə vaxtsa sürüşəcək".

Modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, sürüşmə zonasında tədqiqatlar aparılır və bu proses uzun çəkəcək:

"Sürüşmənin baş verməsi, istiqamətinin hansı tərəfə getməsini müəyyən etmək və qarşısını almaq üçün addımlar atılacaq. Biz bunun qarşısını almaq üçün iş görürük. İlk növbədə bu ərazinin elmi cəhətdən tədqiqat işlərini aparıb bunun səbəbini lazımdı. Dron çəkilişləri də aparılır, kompleks tədbirlər görülür. İlkin məlumata görə, sürüşmə 46 metr dərinlikdədir".

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi