Nazir: “ŞƏHİD ADINDAN manipulyasiya etmək DÜZGÜN DEYİL”

“Şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsəni qəbul etdim, şəxsən dinlədim. Görüşdə qeyd etdim ki, müavinəti haqqı olan hər kəs alacaq. Amma hüquqi haqqı olmadan bunu tələb etmək düzgün deyil”. 
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, müavinət üçün müraciət edənlərin sənədləri düzgün olmalıdır. 

“Bəziləri iddia edir ki, onların yerinə saxta imza çəkilib. Bu işi hüquq-mühafizə orqanları araşdırmalıdır. Onların böyük əksəriyyəti dediyimizlə razılaşır, amma kiçik bir qrup var ki, iddialarından geri çəkilmir. Həmin insanlar deyirlər ki, bank ödənişinin kağızını verin, 26 il hansısa bank ödənişinin sənədi saxlanıla bilməz, qanuna görə 5 il müddət nəzərdə tutulur, 5 ildən sonra həmin sənədlər arxivə təhvil verilir və məhv edilir. Razı olamayanlar hüquqi müstəvidə haqlarını tələb edə bilərlər. Onlar məhkəməyə müraciət edə bilər, hər birimiz üçün müqəddəs olan şəhid adından manipulyasiya etmək düzgün deyil”.

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi