EVİ yananlara yeni EVLƏR VERİLƏCƏK - VİDEO

Evi yananlara yeni evlər veriləcək - VİDEO

Binəqədi rayonunda müvəqqəti yaşayış yeri yanan məcburi köçkünlər evlə təmin olunacaq.

Axar.az xəbər verir ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Kommitəsinin sədr müavini Fuad Hüseynov bu barədə Real TV-yə danışıb.

Yanğın zamanı ümumilikdə 50 ailənin evinə ziyan dəyib. 14 ev tamamilə yararsız vəziyyətə düşüb. 36 ailənin mənzili isə hadisədən qismən ziyan çəkib.

Pulları ödənilən məcburi köçkünlərin əksəriyyəti kirayə ev tapıb və artıq həmin mənzillərə köçüblər. Lakin bəzi sakinlər hələ də kirayə çadırlarda yaşayır.






Fikirlər