HAVA ŞƏRAİTİ ilə bağlı sürücülərə VACİB XƏBƏRDARLIQ

Hava şəraiti ilə bağlı sürücülərə VACİB XƏBƏRDARLIQ

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı paytaxt sürücülərinə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, sürücülər bir çox hallarda avtomobillərini məhz ağacların altında saxlayırlar ki, bu da küləkli havada çox təhlükəlidir:

"Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında park etməsinlər".

Şöbə rəisi qeyd edib ki, ümumiyyətlə, normal hava şəraitində də avtomobillərin ağacların altında park edilməsi tövsiyə olunmur.






Fikirlər