“Mənim bir Allahım var… Bir də cənab prezident” – DEPUTAT
Lerikin Kaqoy kəndində özünü “ikinci Allah” adlandıran Məmmədsəfa adlı molla peyda olub. İddia olunur ki, dözügedən şəxsin yanına yüzlərlə inanclı insan pənah gətirir. Sosial şəbəkələrdə yayılan məlumata görə, Məmmədsəfa adlı mollanın yanına gedib-gələnlər arasında tanınmış incəsənət adamları və məmurlar da, o cümlədən sabiq müdafiə naziri Səfər Əbiyev və Milli Məclisin deputatı Əliağa Hüseynov da olub. Əliağa Hüseynov məsələ ilə bağlı ölkə.az-a açılama verib. Deputat açıqlamasında yayılan xəbərlərin doğru olmadığını bildirib: “Bu xəbərlər doğru deyil. Mən heç indiyədək Lerikdə olmamışam. Digər tərəfdən isə mən məmur deyiləm, təqaüdçüyəm. Ora getmək mənə lazım deyil. Mənim bir Allahım var, o da göydədir. Birdə ki, cənab Prezidentdir, vəssalam”.