“NİFRƏT OLUNMALI BİR SİSTEMDİR…” – Ziyafət Əsgərovun işdən çıxan qardaşı

sosial-mudafie-nazirliyi

Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Əli Əsgərov tutduğu vəzifədən azad edilib.

Ə.Əsgərovun öz istəyi ilə vəzifəsindən getdiyi bildirilir. O, unikal.org-a açıqlamasında bunu təsdiq edib. Sabiq sədr bildirib ki, pensiya yaşına çatmağına hələ üç il qalmasına baxmayaraq, öz istəyi ilə işdən çıxıb:

Mən uzun illər müalicə həkimi işləmişəm. Təsadüfən Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri vəzifəsinə təyinat almışdım. Hesab edirəm ki, komissiyanın işi işləniləsi deyil, nifrət olunmalı bir sistemdir. Qismət eləydi. İş elə gətirdi ki, gəlib burada da çalışdım”.

Ə.Əsgərov bundan sonra fəaliyyətini həkim kimi davam etdirəcəyini də istisna etməyib: “Hələlik heç yerdə çalışmıram. Qismətimi gözləyirəm. İnşallah hər şey yaxşı olacaq”.

Qeyd edək ki, Əli Əsgərov vitse-spiker Ziyafət Əsgərovun qardaşıdır.

 






Fikirlər