Sabah hava NECƏ OLACAQ?
Bakıda və Abşeron yarımadasında dekabrın 20-21-də arabir yağış yağacağı, dekabrın 20-də bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Bu haqda AzerTaym.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda bildirilib. Azərbaycanın rayonlarında dekabrın 20-21-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, Lənkəran-Astara zonasının bəzi çaylarından isə qısamüddətli daşqın keçəcəyi ehtimalı var.