Məğlub edilməz, xeyriyyəçi Kəbirə Məmmədova - ÖZƏL!
Binə Ticarət Mərkəzi ölkənin ən böyük alış-veriş mərkəzlərindən biridir. Burada yüzlərlə sahibkar, obyekt işləyir. Mərkəzdə ucuzluq olsa da bura yalnız əhalinin aztəminatlı təbəqəsinin nümayəndələri yox, elə imkanlılar da üz tuturlar. Buna da əsas səbəb satıcı-alıcı münasibətlərindən doğan bir mədəniyyət və insanlıq amilidir, burada yaradılan səliqə-səhman, təmizlikdir. Mərkəzin rəhbəri, xeyriyyəçi- sahibkar xanım Kəbirə Məmmədova obyekt sahiblərindən ilk gündən, öncə alıcılarla insani münasibət bəsləmələrini tələb edir. Bu tələb satıcıların alıcılara xoş münasibəti ilə yanaşı,xidmət mədəniyyətini də formalaşdırır. Əgər bir mağazada satıcı alıcıya xoş münasibət göstərərsə, ona yüksək səviyyədə xidmət göstərərsə, alıcı daim o obyektə üz tutacaq. Bu mnüasibəti K.Məmmədova rəhbərlik etdiyi mərkəzdə yaradıb. Ona görə də orada satılan əşyanın qiymətinin baha və ya ucuz olması satıcını maraqlandıran əsas amil olsa da, ona göstərilən xoş münasibət və yüksək xidmət əsas götürülür. Bəlkə də elə buna görədir ki, zaman-zaman Binə Ticarət Mərkəzinin çökməsi və onun rəhbəri K.Məmmədovanın nüfuzunun aşağılaması üçün planların həyata keçirilməsinə cəhdlər olunub.Hər il bu mərkəz hansısa qüvvələrin hədəfində olub. Gah yandırılıb, gah elektrik enerjisi kəsilib, gah sahibkarlar K.Məmməovanın üstünə qaldırlıb, gah da mediada xeyriyyəçi xanıma qarşı qara piar aparılıb. Lakin bütün bu hücumlar K.Məmmədova tərəfindən dəf edilib. Buna da əsas səbəb rəhbərlik, sahibkar arasında olan birlik və sədaqətdir. Sahibkarlar bu xanımın ətrafında sıx birləşiblər. Çünki K.Məmmədovadan daim böyük diqqət və qayğı görüblər. K.Məmmədova ticarət mərkəzində obyekt icarələyən sahibkarlara həmişə güzəştə gedib. Bu xanım Binə Ticarət Mərkəzində qəsdən törədilən yanğınlar zamanı müflis olan obyekt sahiblərinə maddi və mənəvi dayaq olub. Azərbaycanın varlı qadınları sırasında K.Məmmədovanın da adı var... Düzdür, K.Məmmədova varlıdır, amma o, bu varı heç də asan yolla qazanmayıb. Ticarət Mərkəzinə rəhbərlik kiməsə kənardan asan görünə bilər. Amma bu rəhbərlik çox məsuliyyətli və ağır bir vəzifədir. Ticarətin, orada çalışan sahibkarların, hər gün alış-verişə gələn minlərlə insanın təhlükəsizliyini qorumaq, onlara yüksək səviyyədə xidmət göstərmək üçün şəraitin yaradılması böyük əmək və məsuliyyət tələb edir ki, K.Məmmədova bu işin öhdəsindən layiqincə gəlir. Binə Ticvarət Mərkəzi strateji bir obyektdir. Hər an burada təxribat törədilə bilər. Amma K.Məmmədova ticarət mərkəzinin təhlükəsizliyini yüksək səviyyədə təmin edib. K.Məmmədova biznesmen xanlmdlr. Amma o da faktdır ki, əksər demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da biznesmen qadınlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.Kəbirə Məmmədovanın da öz siyasəti var. Bu siyasət Azərbaycan prezidentinə sədaqət, dövlət və dövlətçiliyin qorunmasına, xalqına xidmət etməkdir. K.Məmmədova hər prezident seçkisində onun ətrafında birləşən, hörmət və etimad qazandığı insanlara İlham Əliyev siyasətinə səs verməyə çağırıb. İ.Əliyevin əsl təbliğatçısına, qeyri-rəsmi vəkilinə çevrilib. K.Məmmədova İ.Əliyev siyasətini ona görə dəstəkləyib, ona etimad göstərib, inanıb ki, Azərbaycanda demokratik dəyərlər, insah hüquqları qorunub saxlanılır. Elə bu dəyərlərdən irəli gəlib ki, Binə Ticarət Mərkəzinə və onun rəhbəri K.Məmmədovaya atılan çirkablar heç vaxt "hədəfə" dəyməyib. K.Məmmədova sahibkarlarla və digər yerlərdə keçirdiyi bütün görüşlərində həmişə Azərbaycan dövlətinə, onun rəhbərinə sədaqət nümayiş etdirməyi, xalqını, millətin gələcəyi və firavan yaşaması üçün çalışmağın vacibliyini qeyd edib. Çox təəssüflər olsun ki, Azərbaycanda varlı, biznesmen xanımlar çox olsa da, K.Məmmədova kimi düşünənlər, fikri ilə əməli eyni olanlar azdır. Azər Abdul.
Əhali arasında sorğu keçirilərsə birmənalı olaraq hamı Binə Ticarət Mərkəzindəki ucuzluqdan və alıcılara göstərilən yüksək xidməti mədəniyyətdən söz açacaq. Burada dünyanın istənilən ölkəsindən gətirilən əşya tapmaq mümkündür. Həm ucuz, həm də keyfiyyətli. Bu mərkəzdə heç vaxt keyfiyyətsiz mal satılmayıb, buna heç bir zaman yol verilməyib. Ticarət mərkəzində satıcı heç bir zaman alıcını aldatmayıb- nə qiymətdə, nə keyfiyyətdə.
K.Məmmədova qazandığı varından xeyriyyəçilik işlərinə də sərf edir. İmkansız ailələrə, kimsəsiz uşaqlara maddi cəhətdən dayaq dursa da, bunu heç vaxt ictimailəşdirməyib. Özünü reklam etdirmək niyyətində olmayan K.Məmmədova daim mövcud qanunların tələblərinə də riayət edib. Vergilər vaxtlı-vaxtında dövlət büdcəsinə ödənilib, Mərkəzin bütün sosil ödənişləri edilib. Sual oluna bilər ki, bunu haradan bilirik. Medianı izləmək yetərlidir ki, bu vaxta qədər Binə Ticarət Mərkəzində aparılan yoxlamalarda K.Məmmədova həmişə üzüağ, alnıaçıq çıxıb. Dövlət vergisindən heç vaxt yayınmayıb,o bilir ki, dövlət büdcəsini sahibkarlar zənginləşdirməlidir.