“Episentrdəki kəndə vertolyotla endik” - NAZİR

“Episentrdəki kəndə vertolyotla endik”

Şamaxıda baş verən gecəki zəlzələdən sonra hadisə yerinə gedən Fövqəladə hallar naziri Kəmaləddin Heydərov zəlzələnin episentrindəki kəndə də baş çəkib.

"AzerTaym.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, nazir qeyd edib ki, bir az əvvəl vertolyotla zəlzələnin episentrində yerləşən kəndə eniş ediblər:   

“Orada da ciddi fəsad baş verməyib”.

K. Heydərov əlavə edib ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri köçürüləcək:

Yaxşı ki, rayon camaatı bu hadisəni panika ilə qarşılamayıb, buna da ehtiyac yox idi. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısına və əməkdaşlarına da nazirliyimiz adından təşəkkür edirəm. Onlar operativ formada işləyib camaatı sakitləşdirib.

Qəzalı vəziyyətdə olan evlərin sakinləri köçürüləcək. Uçmaq təhlükəsi olan bir neçə ev var. Onlara dövlət tərəfindən köməkliklər olacaq. Təmir-bərpa işləri zəruri olan yerlərdə də işlər görüləcək”.






Fikirlər