“SAVALAN” massivində yaşayanlara ŞAD xəbər - Foto

“Savalan” massivində yaşayanlara şad xəbər

Başlanğıcını Zabrat-Maştağa avtomobil yolundan götürən “Savalan” yaşayış massivinin 3 km uzunluğa malik yolu bərpa olunur. 

"AzerTaym.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, yol boyu yararsız qrunt qazılaraq çıxarılandan sonra yol əsasının inşası işləri aparılıb. Belə ki, zəruri qarışıqlarla layihədə nəzərdə tutulmuş qalınlıqda əsasın alt və üst layının təmiri aparılıb. Yol əsasının hazır olan hissələri isə hazırda əlaqələndirici bitum səpilməklə asfaltlanır. 

Təmir-tikinti işləri çərçivəsində yola 2 laydan ibarət 12 sm qalınlığında yeni iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir.

Asfaltlanma işlərinin ardınca hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.  

 


 






Fikirlər