Ramil Usubovdan kadr dəyişikliyi - Nəsiminin rəisi getdi...

Ramil Usubovdan kadr dəyişikliyi - Nəsiminin rəisi getdi...Daxili işlər naziri, general Ramil Usubov kadr dəyişikliyi edib.


"AzerTaym.az" AzNews.az-a istinadən xəbər verir ki, nazir Nəsimi rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Taləddin Axundovun vəzifədən azad edilməsi barədə əmr imzalayıb.

R.Usubov digər əmri ilə onu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Müfəttişliyi və Yol Hərəkətinin Təşkili şöbəsinin rəisi vəzifəsinə təyin edib. Bu şöbənin rəisi Rafiq Qasımov isə təqaüdə göndərilib.






Fikirlər