SON DƏQİQƏ: Bakıda GÜCLÜ YANĞIN - FOTO/VİDEO (YENİLƏNİR)

SON DƏQİQƏ: Bakıda GÜCLÜ YANĞIN - FOTO/VİDEO

"AzerTaym.az" bildirir ki,Publika.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə yerinə Yanğından Mühafizə Xidmətinin Binəqədi və Nərimanov rayon şöbələrinin yanğınsöndürən maşınları və əməkdaşları, Post Patrul Xidməti cəlb olunub.

Polis ətrafdakı yolları bağlayıb. Yanğın nəticəsində yaranan qatı tüstü ətrafa yayılıb. tüstüdən 100 metrədək məsafə görünmür.

Yanğın baş verən obyektin yaxınlığında 2 məktəb binası və yaşayış evləri yerləşir.

***

Səhər saatlarında 7-ci mikrorayon ərazisində yerləşən "Vətən" idman klubunun yataqxanasında yanğın başlayıb.

Publika.az xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerindədir.

Yanğın nəticəsində xəsarət alanların olub-olmadığını dəqiqləşdirməyə çalışırıq.

 






Fikirlər