Sumqayıt-Bakı elektrik qatarının fəaliyyətində yenə problem yaranıb – FOTO

 

 

748b7af6-6a61-4456-83f3-8ce56d4f1a6aSumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb.”Report” xəbər verir ki, Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:40-da çıxan qatar 2 dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub.

Maşinist problemin texniki nasazlıqdan qaynaqlandığını bildirib. Nəticədə qatar Bakı Dəmir Yolu Vağzalına saat 08:50-də, yəni 30 dəqiqə gec çatıb.






Fikirlər