Ayaz Mütəllibovun həyat yoldaşı vəfat etdi
Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova bu gün səhər saatlarında vəfat edib. "AzerTaym.az" Moderator.az-a istinadən xəbər verir ki, eks-prezidentin xanımı uzun sürən xəstəlikdən sonra vəfat edib. Hüzr mərasimi bu gün Təzəpir məscidində keçiriləcək. Allah rəhmət eləsin!