Vergilər Nazirliyi və Prokurorluq "Lerik Relax"da yoxlamalara başlayıb - FOTO
Lerikdə yerləşən “Relax” istirahət mərkəzində yoxlamalara başlanıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yoxlamalar Vergilər Nazirliyi və Prokurorluq əməkdaşlarının iştirakı ilə aparılır. Aparılan yoxlamalar barədə əlavə məlumat verilməyib. Hazırda istirahət mərkəzi öz fəaliyyətini davam etdirir.