İNFRASTRUKTUR DEPARTAMENTİNDƏ nə baş verir?!

İNFRASTRUKTUR DEPARTAMENTİNDƏ nə baş verir?!Azərbaycan Dövlət Dəmiryolunda aparılan köklü islahatlar Cavid Qurbanovun rəhbər vəzifəyə təyinatından sonra bu gün demək olar ki, özünün ən yüksək pilləsinə qədəm qoymuşdur.


İllərlə yığılıb qalmış,qalaq-qalaq problemlər sanki qısa bir vaxt ərzində öz həllini tapmaqdadır.Kadr düzgün seçiləndə qərarlar da,məsələlərə yanaşma da düzgün obyektiv meyarlar əsasında aparılır....
Zaman-zaman dəmir yolunda neqativ hallarla bağlı dövri mətbuatda tənqidi yazılar getsə də sanki,qurumda bir cəzasızlıq mühitinin hökm sürdüyünün.heç nə və heç kim haqqında indiyədək ciddi bir tədbirin görülmədiyi qənaəti azərbaycan cəmiyyətində kök salmaqdaydı.

Cavid Qurbanov görəv başına keçəndən sonra bu illuziyalara son qoyulma vaxtı demək olar ki.tarixin arxivinə verildi desək yanılmarıq.
Yeni rəhbərliyin birbaşa iradəsi və təşəbbüsü ilə İdarənin maliyyə təsərüffat fəaliyyətinin olduqca ciddi şəkildə təftiş olunması,sərf olunan dövlət vəsaitinin təyinatının yoxlanılması,yükdaşımalar və eləcə də sərnişin daşımalarda qısa zaman içində cox böyük maliyyə çatışmazlıqlarının olduğunu ortaya qoydu.

Yaxınlarda yeni rəhbərliyin yoxlamalarından təlaş keçirərək hətta intihar edib özünə qəsd edən məmurun məhz bu qurumun regional bölmələrindən birinin olduğu da gündəmi zəbt edən mövzulardan idi.
Bu günlərdə "AzerTaym.az" olaraq redaksiyamıza ADDY-nin İnfrastruktur Departamenti haqqında ilginc informasiyalar daxil olub.
İNFRASTRUKTUR DEPARTAMENTİNDƏ nə baş verir?!
Məlumatda qeyd olunur ki,sözü gedən Departamentin regional bölmələri də həmin bu tipli yoxlamala məruz qalmış,orada böyük məbləğdə dövlət vəsaitinin mənimsənilməsi,cox böyük maliyyə itgiləri müəyyənləşdirilərək aidiyyatı üzrə prokurorluq orqanlarına təqdim olunmuşdur.Hətta o da vurğulanır ki,bu yoxlamalardan təşvişə düşən İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev "səhhəti ilə əlaqədar" istefa ərizəsi yazsa da ADDY-nin yeni rəisi C.Qurbanov aparılan yoxlamaların nəticəsindən sonra buna baxacağını bildirmişdi.


Biz İD-nin yerli,regional qurumları haqqında digər maraqlı və olduqca ilginc informasiyaları dəqiqləşdirməkdəyik.Bütün bunları tamamladıqdan sonra onları sizlərlə tanış edəcəyik.Bundan əlavə Departamentin rəisi Füzuli Quliyevin ticarət obyektləri,idarələrə qoyduğu aylıq haqqlardan,adının çəkilməsini istəməyən tabeçiliyində olduğu müəssisələrdən birinin rəhbərinin onun haqqında söylədiyi "mübhəm məsələlərlə" bağlı sizlərə məlumat verəcəyik!!!

P.S. Qarşı tərəfin də söz demək haqqını gözləyirik!


İNFRASTRUKTUR DEPARTAMENTİNDƏ nə baş verir?!İNFRASTRUKTUR DEPARTAMENTİNDƏ nə baş verir?!






Fikirlər