Mafiya başçısı Azərbaycan nömrəli “Rolls-Royce”la Telman İsmayılovun evinə getdi - VİDEO
Məşhur azərbaycanlı biznesmen Telman İsmayılov Monteneqroda hansı avtomobillə gəzdiyi məlum olub. "AzerTaym.az" bildirir ki,unikal.org-un əldə etdiyi məlumata görə, biznesmen 10-LH-100 Azərbaycan dövlət nömrə nişanlı “Rolls-Royce Phantom” avtomobilində gəzir. Avtomobil oğlu Ələkbər İsmayılovun adınadır. Qeyd edək ki, T.İsmayılov sözügedən avtomobilini 2010-cu ildə sürmək üçün Türkiyədən Bakıya təyyarəsi ilə gətirmişdi. Xatırladaq ki, bir neçə gün bundan əvvəl Telman İsmayılov “Rəis” ləqəbli kriminal avtoritet Sedat Pekeri Monteneqroda öz evinə bu avtomobildə aparıb.