Dəmiryol sisteminin yenilənməsi üçün GÖRÜLƏN İŞLƏR

 Dəmiryol sisteminin yenilənməsi ile ilgili görsel sonucu

 Azərbaycanın dəmiryol sistemində son illərdə böyük yenilənmə işləri həyata keçirilib. Bu barədə ölkə prezidenti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən məlumat verilib.

Qəbul zamanı prezident bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin işləməsinə baxmayaraq, Bakı-Yalama və Ələt-Astara dəmir yollarının vəziyyəti qaneedici deyil: “Çünki vaxtilə orada təmir işləri aparılmamışdır. Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın. Hazırda qatarlar saatda təqribən 40, maksimum 50 kilometr sürətlə gedir. Bu, böyük yükləri daşımağa və sərnişinlərə keyfiyyətli xidmət göstərməyə imkan vermir. Ona görə bizim məqsədimiz həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin dəmir yolu hissəsinin modernləşdirilməsidir. Elə etməliyik ki, qatarlar saatda minimum 140 kilometr sürətlə hərəkət edə bilsin. Artıq Bakı-Yalama və Ələt-Astara dəmir yollarının modernləşdirilməsi prosesi başlanmışdır”.

C.Qurbanovun verdiyi məlumata görə, yan yollarla birlikdə Bakı dairəvi dəmir yolunun ümumi uzunluğu 200 kilometrə yaxındır. Bu dəmir yolu Xırdalan şəhəri də daxil olmaqla, bütün Abşeronu birləşdirir: “Burada dəmir yolu üzrə işlərin 80 faizi, elektrik, rabitə və işarəvermə işlərinin isə 70 faizi yerinə yetirilib, 11 yeni, modern stansiya tikilib. Yol üzərində 18 piyada və 6 avtomobil keçidi inşa olunub. Bütün yolboyu çirkab və tullantı sularını yığışdırmışıq. Birinci hissə, Abşeron dairəsini - yəni, Bakıdan çıxaraq Biləcəri, Xırdalan, Sumqayıt, oradan isə Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, ”Koroğlu" və nəhayət, Bakını birləşdirən yol ilin axırınadək tamamlanır. İndi Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır. Hesab edirik ki, dairə tamamlananda təqribən 25-30 min sərnişin daşımaq imkanımız olacaq".

QSC rəhbərinin dediyindən məlum olur ki, Bakı-Gəncə sürət qatarı hazırda 4 saata mənzilbaşına çatır: “Amma bu, bizi qane etmir. Yolumuzun infrastrukturu imkan verir ki, bu sürəti biz Siz söylədiyiniz kimi, 140-a qaldıraq. Bu da o deməkdir ki, biz 3 saata Gəncə şəhərinə çata bilərik”.

C.Qurbanov qəbul zamanı Qərb bölgəsi əhalisinin ile ilgili görsel sonucu

C.Qurbanov qəbul zamanı Qərb bölgəsi əhalisinin marağında olan bir məsələ barədə də məlumat verib. Söhbət Bakı-Gəncə sürət qatarının Ağstafaya qədər gedişinin təmin olunmasından gedir: “Bu gün Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan yolda işləri tam bitirmişik. Orada 112-yə yaxın yolötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən geci üç saat yarıma çatsın”.

Dəmiryol sisteminin yenilənməsi ile ilgili görsel sonucu

Qəbul zamanı verilən məlumata görə, Ləki-Qəbələ yolunun tikintisi davam edir. Bu yolun uzunluğu 46 kilometrdir. Yolun 11 kilometri artıq çəkilib: “Süni qurğular 100 ədəddir. Bunun 100-nü də artıq yerləşdirmişik, körpülər, istinad dayaqları və sair. İş davam edir. Bizim hesablamalarımıza görə, gələn ilin ortalarına, təqribən avqust-sentyabr aylarına artıq istifadəyə hazır olacaq. Bizim dəmir yollarımızın 60 faizi Sovetlər Birliyi dövründə elektrikləşdirilmiş yollardır. Bu, həm Zaqatala-Qəbələ tərəfdədir, həm Astara zonasındadır. Sizin tapşırığınızdan sonra biz bu yollar üçün də 2-3 dizel qatarı sifariş etmişik. İki yeni qatarımız da gəlir. Qəbələyə işləyəcək bu qatarları sınaqdan keçirmək üçün Gəncə dəmir yoluna buraxacağıq”.

İlgili resim

Ələt-Astara dəmiryolunun Lənkəran şəhərinin kənarına çıxarılması üçün bütün layihələndirmə işləri görülüb: “Astara-Astara yolunun 17 kilometrlik hissəsi artıq tikilib. Həm körpü inşa olunub, həm də o tərəfdə bizim böyük terminal tikilib. Terminal bu gün işləyir. İlin axırınadək orada daha 7-8 yol tikəcəyik. Avtomobil yolları da tikiləndən sonra orada bir dənə avtomobil terminalı tikmək lazım gələcək. Yəqin ki, bizim oradakı ərazimizdə tikiləcək. Dəmir yolu ilə daşımalarda artım var, bu gün maraq çoxdur”.

Dəmiryol sistemində aparılan işlərin bir istiqamətini də Biləcəri-Yalama yolunun yenidənqurulması təşkil edir. Yolun uzunluğu 348 kilometrdir. C.Qurbanovun sözlərinə görə, artıq büdcə müəyyənləşib, Dünya Bankı, Fransa İnkişaf Agentliyi tərəfindən: “Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə birgə işləmişik. Artıq kredit yekunlaşıb. Biz o yolun tikintisinə yəqin ki, dekabr ayında, yaxud da yanvar ayında başlayacağıq. Bu, yolun bir hissəsi üçündür. Qalan hissəsi Sizin tapşırığınızla büdcədən ayrılıb. Artıq orada 5 yeni yarımstansiya tikilib, çox böyükdür. Elektrik, rabitə xətləri ilə bağlı işləri görmüşük, fiberoptik kabelləri də çəkirik. Tikinti işlərinə gələn il başlasaq, təqribən iki il davam edəcək”.  (musavat.com)

 






Fikirlər