Çingiz Qənizadə ilə seçicilər arasında QALMAQAL – VİDEO

Çingiz Qənizadə ilə seçicilər arasında qalmaqal – Video

80 saylı İmişli-Beyləqan seçki dairəsindən olan deputat Çingiz Qənizadə ilə seçicilər arasında qalmaqal yaşanıb.

AzerTaym.az" yeni sabah-a istinadən xəbər verir ki, namizdin görüşündə iştirak edən müharibə iştirakçısı olan sakinlərdən biri yaşayışından şikayət edib. Ç. Qənizadənin “təsərrüfatın yoxdurmu” sualına cavab olaraq o deyib:

-    Cəmi 48 son torpağım var. Mən onunla ailəmi necə dolandırım? Onun da yarısı qamışlıqdır.

Çingiz Qənizadə: İndi biz ayrı torpaq işğal etməliyik? Kəndinizdə olan budur, 48 sot düşüb.

-    Onunla ailə saxlamaq olar? 

-    İndi nə etsin, bələdiyyə hardan torpaq versin? 

-    Milləti yaşatmaq lazımdır.

-    Millət normal yaşayır də... 

Deputatın son cavabından sonra ona yerdən etirazlar səslənib. Həmin görüntüləri təqdim edirik:

 

 






Fikirlər