Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirir. Beləliklə, xəstələrin daşındığı təcili yardım maşını virus yuvasına çevrilir. Açıq yara ilə və ya immuniteti aşağı olan xəstələrin bu cür antisanitar vəziyyətdə bir məntəqədən xəstəxanaya aparılması çox təhlükəlidir.   

Videoda sürücünün üzünü bağlamağımızda məqsədimiz var. Çünki görüntülər yayıldıqdan sonra rəsmi qurumlar çıxış yolu kimi ən yaxşı halda sürücünü işdən kənarlaşdıracaq.

Biz məsələnin daha dərin olduğunu və məsələnin fərdi olmadığını hesab edərək bu addımı atmışıq. Aydın məsələdir ki, sürücü bu addımı məcburiyyətdən atır. O, maddi imkansızlıqdan zibildən mədəd umur. 

Ümid edirik ki, aidiyyəti qurumlar problemi daha dərindən həll etmək üçün çalışacaq. Çünki heç birimiz təcili tibbi yardım maşınlarında belə bir halla rastlaşmaq istəmirik.

VİDEO