"Avropalılar belə bu qələti eləmir" — Sənətçilərdən feministlərin aksiyasına SƏRT ETİRAZ (FOTO)
Əməkdar artist Aybəniz Haşımova feministlərin keçirdiyi mitinqlə bağlı paylaşım edib. Demokrat.az xəbər verir ki, o, qızların əllərində tutduqları plakatlarda qeyri-etik ifadələri qınayıb: "Bunun adı nədir? kaş mən öləydim... millətimin bu günə düşməyini görməyəydim" Sənətçinin paylaşımına Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova da biganə qalmayıb. Mitinqdə qaldırılan şüarlara çox sərt şəkildə reaksiya verən aktirisa bu cür aksiyaların keçirilməsinə heç bir halda icazə verilməsinin tərafdarı olmadığını bildirib. A.Haşımovanın statusuna şərh yazan M.Abbasova bu sözləri qeyd edib:
"Allah onları öldürsün ki, biz bu günləri görməyəydik. Əxlaqsız, ailə tərbiyəsi, ailə sevgisi görməyən, namusdan , şərəfdən, ləyaqətdən uzaq belə sürtüklərin aksiyasına kim icazə verib? " Bozbaş yox , üsyan var" pankartını açan qadın heç bozbaş bişirənə oxşayır? ""...... azadlıq" tutan tərbiyəsizə demək lazımdır ki , sən zatən o azadlığı yaşayırsan. Bundan da artıq nə azadlığı ola bilər sənin üçün? Sadəcə, mən bu aksiyanın keçirdilməsinə necə icazə veriblər onu düşünürəm. Axı biz Avropa ölkəsi deyilik. Avropalılar belə bu qələti eləmir. Görün indi ermənilə necə baxıb gülürlər. Allah bəlanızı versin deyirəm pisliklər".