"İdeal"ın baş redaktoru azadlığa buraxıldı

Image result for NAZİM İDEAL

İdeal” qəzetinin baş redaktoru, tanınmış jurnalist Nazim Quliyev bugünlərdə cəza çəkdiyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəsissəsindən məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

  "AzerTaym.az", yaxınları onun azadlığa çıxdığına dair xəbərin doğruluğunu təsdiqləyib.

 Qeyd edək ki, jurnalist 2009-cu ildə həbs edilərək, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham elan olunmuşdu. O isə heç bir ittihamı qəbul etmirdi, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu iddia edirdi. 






Fikirlər