Üç ay müddətinə əhalinin kommunal ödənişləri bağışlana bilər
"Müstəqillikdən üzü bəri Azərenerji, Azərqaz, Azərsu büdcədən dəfələrlə yüzmilyon manatla ölçüləcək yardım alıblar, onların vergi borcları silinib". "Büdcə həm də vətəndaşın vergisi ilə formalışır - deməli biz, vətəndaşlar onlara büdcə vasitəsi ilə həmişə yardım etmişik. İndi borcumuzu qaytarsınlar - 3 ay müddətinə əhalinin bütün kommunal ödənişləri bağışlanılsın. Qərar mart-aprel-may aylarına şamil edilməlidir. Borcumuzu qaytarın!" - N.Cəfərli qeyd edib.
"AzerTaym.az" pravda.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.