Azərbaycanda 71 736 nəfər koronavirus testindən keçirildi

TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 14-nə olan statistik göstəriciləri açıqlayıb.
"AzerTaym.az" modern.az-a istinadən  xəbər verir ki, bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 106 nəfər test edilib.
Məlumata görə, indiyədək ölkə ərazisində 71 736 test aparılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 49 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 197 yoluxma aşkarlanıb. Onlardan 351-i sağalıb, 13-ü ölüb. Hazırda aktiv xəstə sayı 833-dür.






Fikirlər