ÜST-dən Azərbaycana koronavirusla bağlı çağırış: Əgər əhali bunları etməsə... - VİDEO
Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə yerləşən mənzil qərargahında dünyanın 100-ə yaxın ölkəsindən olan jurnalistlərin qatıldığı videokonfrans keçirilib. Konfransda Azərbaycanı REAL TV təmsil edib. Təşkilatın icraçı direktoru Maykl Rayan, eləcədə sədr Teodros Adanom Gebreyesus əməkdaşımızın sualını cavablandırıb. Təşkilatın icraçı direktoru Maykl Rayan bildirib ki, Azərbaycanda koronavirusla bağlı rəqəmlər kifayət qədər aşağıdır. Bildirilib ki, dünya ölkələri üzrə yoluxmalar 80%-ə artıb: "Azərbaycandakı son rəqəmlər müsbət halın olduğunu göstərir. Azərbaycan ehtiyyat tədbirlərini davam etdirməlidir. Əhali bu ehtiyat tədbirlərinə əməl etməlidir. Bu edilməsə stabillik pozula bilər".
VİDEO