Koronavirusa qalib gələn diaspor rəhbərindən TÖVSİYƏ
"Əziz doğmalar, dostlar, tanışlar! "AzerTaym.az" bildirir ki, bir müddət əvvəl Fransada koronavirus infeksiyasına yoluxan Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva "Facebook" hesabında yazıb.
Bir aydan çox sürən Covid-19 xəstəliyni artıq geridə qoyduğum üçün hər birinizə bir daha bu çətin günlərimdə mənə göstərdiyiniz diqqət və qayğı üçün təşəkkür etmək istədim.
Sizlərin mənə olan bu mənəvi dəstəyi, sevgisi bütün dəva və dərmanlardan güclü oldu.
Hər birimiz üçün çətin olan bu dövrdə xalqımıza xas olan insani dəyərlərin, həmrəyliyin nə qədər mühim olduğunu bir daha anladım"
.Mirvari Fətəliyeva virusa qalib gəlməsinin səbəbini də qeyd edib:
"Bu virusa yoluxmuş biri kimi öz təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, bu xəstəliyə qalib gəlmək üçün ən əsası panikaya düşməmək, qorxmamaq, immunitetinizi gücləndirmək üçün xoş əhval ruhiyyədə qalmaq ən vacib şərtlərdəndir.
Odur ki, hər birinizi dövlət tərəfindən qoyulan qayda qanunlara riyayət etməyə səsləyir və inanıram ki, tez bir zamanda birlikdə dünyanı bürüyən bu bəlaya qalib gələcək və sağlam dünyamıza qovuşacağıq".