Azərbaycanda ümumi test sayı 300 mini KEÇDİ...

Azərbaycanda ümumi test sayı 300 mini keçdi

Bu gün Azərbaycanda koronavirusla bağlı 4285 test edilib.

“AzerTaym.az" bildirir ki, bu barədə TƏBİB-in bu günə olan statistikasında qeyd olunub. Ümumi test sayı 302 min 933-ə yüksəlib. Ümumi yoluxma faktı 5662-dir. İndiyədək Covid-19-dan 68 nəfər dünyasını dəyişib, 3508 nəfər isə sağalıb. Aktiv xəstələrin sayı 2086-dır. 93 nəfər reanimasiyada, 19 nəfər süni tənəffüs aparatındadır.

Qeyd edək ki, bu gün Azərbaycanda 168 yoluxma faktı qeydə alınıb, 5 nəfər dünyasını dəyişib.






Fikirlər