Azərbaycanda koronavirusla GÜNÜN SON STATISTIKASI

Azərbaycanda koronavirusla bağlı son vəziyyət

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 11-nə olan statistik göstəriciləri açıqlayıb.

"AzerTaym.az" bildirir ki, məlumata əsasən bu gün ölkədə 3844 nəfər aktiv koronavirus xəstəsidir.

Onlardan 127 nəfər reanimasiyada, 22 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 6622 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 362 654 test aparılıb, 4930 sağalıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 352 nəfər koronavirusa yoluxub, 210 nəfər sağalıb, 6 nəfər isə vəfat edib.






Fikirlər