Cəbhə gündəliyi: 5 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 9-cu günü başa çatıb. Oktyabrln 5-də də cəbhədə şiddətli döyüşlər davam edib.

Azərbaycan Ordusu düşmənə əks-hücumla cavab verərək, rəşadətlə irəliləməkdədir.

Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 5-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:

- Oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk,  Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb.
- Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.
Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur.
-  Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
- Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Düşmənə qarşı adekvat tədbirlər görülüb.
- İşğaldan azad edilmiş Talış kəndinin videogörüntüləri yayılıb.
- Ermənistanın Berd rayonu ərazisindən Gəncə şəhəri atəşə tutulub.
- Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb.

- Ermənistan silahlı qüvvələri Ağcəbədi şəhərini atəşə tutub, yaralılar var.
- Ermənistan silahlı qüvvələri Beyləqan şəhərini də atəşə tutub.
- Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun daha 3 ədəd tankı məhv edilib.
- Qoşunlarımızın zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2 ədəd, 41-ci artilleriya alayının 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.
- Ermənistan silahlı qüvvələrinin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb.
Alayın 3-cü taborunun şəxsi heyətin döyüş mövqelərini özbaşına tərk edərək qaçıb.
Eyni zamanda hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq döyüş zonasından qaçıb.
- Döyüşlərdə erməni hərbçilərinin atıb qaçdığı və bölmələrimizin məhv etdiyi düşmənin silah və texnikalarının şəkilləri yayılıb.
- Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutub.
- Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəliağalı, Sarıcallı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi düşməndən azad edib.
- Müdafiə Nazirliyində fəaliyyət göstərən "Qaynar xətt" telefon nömrələri açıqlanıb.

- Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatında igidliklə vuruşan gizir Tahir Misirxanov şəxsi rəşadət göstərərək, bugünədək düşmənin 11 zirehli texnikasını sıradan çıxarıb.
O, 2016-cı ilin Aprel döyüşlərində 6 tank məhv edərək “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşdü. Ümumilikdə 17 düşmən texnikasını məhv edən igid döyüşçümüz sonadək döyüşəcəyini fəxrlə deyib.






Fikirlər