Bu gün 65 minə yaxın vaksin vurulub ...

Bu gün 65 minə yaxın vaksin vurulub

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 033 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 550, ikinci mərhələ üzrə 37 483 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 371 182, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 418 214, ikinci mərhələ üzrə isə 2 952 968 nəfər təşkil edir.

 

 

 






Fikirlər