“Natiqin dünəndən təzyiqi düşmür, belə getsə onları məhkəməyə verib, təzminat alacam...”

“Natiqin dünəndən təzyiqi düşmür, belə getsə onları məhkəməyə verib, təzminat alacam...”

Xəbər verdiyimiz kimi, "Elgizlə izlə" verilişində müğənni Elçin Cəlilovla bağlı məlumat yayımlanıb. Bildirilib ki, ifaçının narkotikə qurşanmasına səbəb əməkdar artist, skripkaçı Natiq Nuriyevdir.
Moderator.az-a açıqlama verən sənətkarın həyat yoldaşı Elnarə Nuriyeva yayılan xəbərləri kökündən yalanlayıb.
 
“Jurnalistlər eşitdikləri mövzunu ilk növbədə araşdırıb, yazmalıdırlar. Bəlkə kimsə kiməsə şər atır, onunla şəxsi qərəzliyi var?! Yazırlar ki, Natiq Elçin Cəlilova paxıllıq edib deyə onu pis yola çəkib! Bəlkə elə kimsə bu dəqiqə Natiqə paxıllıq edir?! Natiqin gözəl ailəsi, övladları, nəvələri var. Mənim övladlarımın hamısı dövlət işində çalışır. İnsan sakit yerində oturub, heç kimə sataşmır, bir söz demir. O heç efirlərə də çıxmır. Neçə illərdir öz hörmətini saxlayıb. Çünki efir şou-biznes nümayəndələrini, gəncləri sevir. O özündən danışmağı da xoşlamır. Oturub evdə, nə toya gedir, nə də ki, bir şey. Allah övladlarını qorusun, ona baxırlar. Öləndən sonra deyəcəksiniz ki, yaxşı sənətkar idi” deyə sənətkarın həyat yoldaşı deyib.
 
Elnarə Nuriyeva bildirib ki, mövzu verilişdə davam etdiriləcəyi təqdirdə məhkəməyə üz tutacaq.
 
“Elçinlə Natiq bir-iki dəfə toyda olublar. O çox yaxşı insan idi. Vüqar Muradov, Elgiz Əkbər bildiriblər ki, Elçini narkotikə öyrəşdirən Natiq olub. Elçin haqq dünyasındadır, onun adını hörmətsiz etməsinlər. Elgiz dünən veriliş arası Natiqə zəng edib deyir ki, Natiq belə bir söhbət oldu, eşitsən hirslənmə. Natiqin heç nədən xəbəri yox idi, heç verilişi də izləməyib. Çalışdım ki, Natiqə deməyim, sonra gördüm ki, ard-arda zənglər gəlir. Telefonu almışam kişinin əlindən ki, əsəbləşməsin. Dünəndən etibarən telefonlarımız susmur, yazıq kişinin təzyiqi qalxıb. Ona bir şey olsa kim cavabdeh olacaq?! Mən də Elgizə zəng edib dedim ki, sizi məhkəməyə verəcəyəm, ona bir şey olsa səndən də təzminat alacağam. Mənə dedi ki, bu söhbət efirdə olmayıb. Ona dedim ki, çıx efirində üzr istə. Mənə deyir ki, gəl verilişə, üzünü göstərmərik. Dedim ki, mənə lazım olsaydı gələrdim, üzümü də göstərərdim. Sənin verilişində nə işim var ki?!” deyə sənətkarın xanımı bildirib.
 
Sənətkarın həyat yoldaşı bildirib ki, vaxtilə həyat yoldaşının pis vərdişləri olub.
 
“Kim kimi yerə yıxıb, kiminsə qoluna iynə vura bilər?! Elçinin qardaşı da eyni şeydən rəhmətə getdi. Natiq anadan olanda narkoman doğulmuşdu. ki?! Mən də durub deyim ki, Natiq toyların toy vaxtında buna qurşanıb?! Ona kimsə etdirib?! Cavanlıqda hamının səhvi olur. Sonra həcc ziyarətinə gedib-gəlib. İki övlad oxutdurub, təhsil verib” deyə sənətkarın həyat yoldaşı deyib.
 
Elnarə xanım əməkdar artist Rəhman Rəhmanovun iddialarına da cavab verib.
 
“Rəhman Rəhmanov deyib ki, oğlum Emili də narkotikə Natiq öyrəşdirib. Natiq kurs keçib?! Başa düşmürəm, Natiq Pablo Eskobardır? Narkotiki satanlar, alanlar qalıb kənarda, Natiqin adı hallanır. Emilin adını eşidəndə şoka düşdüm. Natiq böyük sənətkar olanda Emil hələ efirlərə çıxmırdı. İlk dəfə efirə “Azəri star” musiqi yarışmasında çıxdı. Bir gün deyirdi ki, başım ağrıyır, bir gün deyirdi ki, qulağım ağrıyır. Münsiflər heyətində əyləşən İlhamə Quliyeva dedi ki, Emil mən bilirəm sən nə işlərlə məşğulsan, amma etmə, atan yazıqdır. O verilişə Natiqlə birlikdə baxdıq, dedim ki, yazıq uşaq” deyə sənətkarın həyat yoldaşı bildirib.
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

 






Fikirlər