Eldar Həsənovun «Qızıl dəvə» problemi: “MTN İŞİ” səfiri çətinə duruma salıb

 

deveZakir Tağıyev ona məxsus 7 milyonluq heykəlin tapılması üçün Baş Prokurorluqdan yardım istəyib, səfirlə bağlı araşdırmalar isə “Delta Com”a qədər uzanır.

Eldar Mahmudovun və kriminal dəstəsinin MTN-dən kənarlaşdırılmasından sonra bir çox qaranlıq işlərə işıq düşməkdədir. 
Artıq müəmmaya çevrilən bir sıra cinayətlərin də izi məhz MTN generallarına aparıb çıxarır. Belə işlərdən biri də keçmiş Baş prokuror, hazırda Balkan ölkələrində səfir vəzifəsində çalışan Eldar Həsənovun Eldar Mahmudovla iş birliyi içində olması barədə məlumatların ortaya çıxmasıdır.
AzMedia.info-ya daxil olan ilginc məlumata görə, təqribən on il bundan əvvəl müəmmalı şəkildə yoxa çıxan, prezidentliyə keçmiş namizəd, iş adamı Zakir Tağıyevə məxsus olan və dəyəri 6 milyondan artıq olan «Qızıl dəvə»nin prokurorluq işçiləri tərəfindən Zakir Tağıyevin evindən götürürlməsindən sonra, həmin «Qızıl dəvə»nin Dubayda peyda olması birbaşa Eldar Mahmudovla Eldar Həsənovun iş birliyi nəticəsində baş verib.
Zakir Tağıyevin qohumlarının verdiyi məlumata görə, Dubayda satılırkən aşkarlanan və sonradan yenidən yoxa çıxan «Qızıl dəvə»nin tapılması üçün Zakir Tağıyev yenidən Baş Prokurorluğa müraciət edib. İş adamı müraciətində «Qızıl dəvə»nin Dubaya aparlmasında və sonra Dubaydan da yoxa çıxmasında MTN işçilərinin rolu haqqında ətraflı məlumat verib. Mənbənin bildirdiyinə görə, Zakir Tağıyevin ərizəsi Baş Prkurorluqda icraata alınıb və onun araşdırılma aparılmasını, xüsusən də istitaq zamanı «Qızıl dəvə»nin Akif Çovdarovdan sorulmasını gözləyir.
Mənbənin bildirdiyinə görə, «Qızıl dəvə»nin Dubaya aparılıb, orda satmağa cəhd olunmasını birbaşa Eldar Həsənov sabiq MTN şefindən özü xahiş edib. Lakin sonradan Dubayda satışı həyata keçirmək mümükün olmayıb. Çünki Dubay polisi təqribən 7 milyona satılan «Qızıl dəvə»nin oğurluq olub-olmamasını yoxlamağa başlanması Eldar Həsənovu qorxudub. Bundan sonra Eldar Həsənovun Dubaydakı adamı «MTN-nin pəncərəsi»ndən istifadə edərək «Qızıl dəvə»ni yenidən Bakıya qaytarıb. Hazırda isə «Qızıl dəvə»nin harda olması ilə heç bir təsəvvür yoxdur. Ehtimala əsasən «Qızıl dəvə» Eldar Mahmudov tərəfindən gizlədilib.
Qeyd edək ki, 1995-ci ildə həmin vaxt prezidentliyə namizəd olmuş tanınmış iş adamı Zakir Tağıyevin evində Baş Prokurorluğun əməkdaşları axtarış aparıblar. Axtarış zamanı Tağıyevin evində olan, qiyməti milyonlarla dollar dəyərində qızıldan hazırlanmış dəvə heykəli yoxa çıxıb. Həmin yoxa çıxmış dəvə isə bir xeyli sonra Dubayda peyda olub.
Jam.az-ın ötən həftə yaydığı məlumata görə araşdırmalar nəticəsində məlum olub ki, Zakir Tağıyev sözügedən qızıl dəvə heykəlini hələ 90-cı illərin əvvəllərində heykəltaraş Rahib Həsənova hazırlatdırıb. Moskvada ərsəyə gələn heykəli qanuniləşdirmək məqsədi ilə Tağıyevlə Həsənov arasında müqavilə belə bağlanılıb və daha sonra malın kimə məxsus olmasına dair sertifikat alınıb.
Amma əməliyyat-axtarış tərdbirlərindən sonra yoxa çıxmış «Qızıl Dəvə» Dubayda satılarkən, satan şəxs «ilişir». Məlum olur ki, həmin heykəlin qiymətləndirilməsi üçün ABŞ-dan dəvət edilmiş ekspert ona 6,8 milyon dollar qiymət qoyub. Belə bahalı malı satarkən Dubay polisinin də araşdırması, onun oğurluq olub-olmaması vacib hal sayıldığından onların rəyi nəzərə alınır. Və məlum olur ki, «Qızıl Dəvə»nin həqiqi sahibi heç də satan şəxslər deyil, Zakir Tağıyevdir.
Bu heykəl Fransada təşkil olunmuş sərgidə Tağıyevin əmlakı olaraq nümayiş belə etdirilib. Vəziyyətin qəlizləşdiyini görən satıcılar dərhal Bakıya qayıtmalı olublar. Daha doğrusu, canlarını qurtarıblar.
Lakin məsələ bununla da bitmir. Eldar Həsənovun adamları olan şəxslərin «Qızıl Dəvə»nin orjinalını itirmək üçün onun «kopya»sını hazırlamağa başlayıblar. Bir il bundan əvvəl həmin surət də hazırlanır və kimə satıldığı isə məlum deyil.
Onu da bildirək ki, Dubayda heykəli satmaq istəyənlərin Eldar Həsənovun yaxın adamları olduğu və onların bir neçə belə «əməliyyatlar» həyata keçirdikləri də iddia olunur. Vurğulanır ki, həmin şəxslər uzun müddət bu fəaliyyətlə məşğul olublar və onları MTN «sığorta» edib. Bu isə Eldar Həsənovla Eldar Mahmudovun işbirliyi nəticəsində mümkün olub.
AzMedia.info-ya başqa bir mənbədən daxil olan məlumata görə Eldar Həsənovla Eldar Mahmudovun işbirliyi həmçinin «Delta Com» şirkətində də baş verib. Eldar Mahmudovun işdən azad olunmasından sonra müəmmalı şəkildə yanan və Azərbaycanı internetlə təmin edən əsas «Delta Com» şirkətinin payçılarından birinin də məhz Eldar Həsənov olduğu bildirilir.






Fikirlər