Xəstəxanaya yerləşdirilən Xalq artistinin vəziyyəti PİSLƏŞİB...
Azərbaycanın xalq artisti Ənvər Həsənov bir neçə gündür xəstəxanaya yerləşdirilib. Modern.az xəbər verir ki, bu barədə aktyorun dostu Vasif Ayan bildirib. Onun sözlərinə görə, Ənvər Həsənovun səhhəti dünən qəfildən pisləşib: "Xalq artisti Ənvər Həsənov səhhətində yaranan ciddi problemlərə görə bir neçə gündür xəstəxanaya yerləşdirilib. Az öncə qızı Aytənlə əlaqə saxladım, Ənvər müəllimin vəziyyəti dünən səhər saatlarında müalicə aldığı xəstəxanada qəfil pisləşmişdi, hal-hazırda müalicəsi həkim nəzarəti altında tam ciddi formada davam edir", - V.Ayan deyib. Qeyd edək ki, 74 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.
Xalq artisti böyrəyi və ürəyindəki ciddi problemlərdən əziyyət çəkir.