BÖYÜK UĞURLARIN ÜNVANI: - DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI

 

Qüdrət Qurbanovun rəhbərlik etdiyi qurum nəhəng nailiyyətlərə imza atmaqdan doymur

DosyeAzərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (ARDDA) Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2001-ci il tarixli 697 saylı Sərəncamına əsasən yaradılmış və həmin tarixdən fəaliyyətə başlayıb.ARDDA Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 saylı Fərmanı ilə təsdiqlənmiş Əsasnaməyə müvafiq olaraq, Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Hazırda quruma Qüdrət Qurbanov rəhbərlik edir.

Uğurlu il 

Картинки по запросу DƏNİZ ADMİNSTRASİYASI VƏ QÜDRƏT QURBANOV

2015-cü il Dövlət Dəniz Administrasiyası üçün çox uğurlu olub. Bunu qurumun ötən ilə dair hesabatından da görmək olar.Belə ki, Administrasiya fəaliyyətində qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsindəki təcrübəsini öyrənməklə, bu təcrübənin tətbiqi məsələlərinə xüsusi yer ayırıb. Beynəlxalq Dəniz Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO və s. kimi beynəlxalq qurumlarla əlaqələr genişləndirilib.Hesabat dövrü ərzində Azərbaycan Respublikasına mənsub dəniz limanlarına 16401 gəminin girişi və 16479 gəminin çıxışı rəsmiləşdirilib, xarici dövlətin bayrağı altında üzən 645 gəmiyə bələdçi xidməti göstərilib.

Azərbaycan limanlarında xarici dövlətin bayrağı altında üzən 45 gəmi yoxlanılıb. Onlardan 20-si Russiya Federasiyası, 18-si İran İslam Respublikası, 3-ü Qazaxıstan Respublikası və 4-ü Türkmənistan Respublikasına məxsus olub. Gəmilərdə beynəlxalq konvensiya və qaydaların tələblərinin pozulması ilə bağlı 300 uyğunsuzluq aşkar edilib. Nöqsanlar aradan qaldırılanadək 19 gəminin (3-ü Rusiya, 13-ü İran İslam Respublikası və 3-ü Türkmənistan) limanları tərk etməsinə qadağa qoyulub.

Xəzər dənizində Azərbaycan bayrağı altında üzən 29 gəmidə yeniləmə, 12 gəmidə ilkin, 15 gəmidə ara yoxlaması keçirilib. 74 gəmiyə Azərbaycan bayrağı altında üzmək hüququ, 22 gəmiyə mülkiyyət hüququ, 74 gəmiyə minimum heyət tərkibi, 41 gəmiyə neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı, 43 gəmiyə əmniyyətli idarəetmə haqqında şəhadətnamə, 144 gəmiyə Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikat, 19 gəmiyə gəmi reyestrindən çıxarış və 35 gəmiyə gəmi tarixinin fasiləsiz qeydlər sənədi, 3 gəmiçilik şirkətinə uyğunluq haqqında sənəd təqdim edilib. Dövlət Dəniz Administrasiyasının müraciəti ilə Kuk adaları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (AXDG QSC) məxsus 18 gəmiyə “Batmış gəmilərin çıxarılması haqqında” Beynəlxalq Nayrobi Konvensiyasının tələblərinə uyğun olaraq müvafiq şəhadətnamələr verib.

 

Картинки по запросу DƏNİZ ADMİNSTRASİYASI VƏ QÜDRƏT QURBANOV 

Müxtəlif təyinatlı 7 gəmi ilk dəfə, 25 gəmi isə təkrar olaraq Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində qeydiyyata alınıb və 2 gəmi bu reyestrdən çıxarılıb. Bundan əlavə, 3 gəminin dənizə insan həyatının mühafizəsinə dair təlim və məşğələ üzrə təlimatı, 93 gəminin yanğınla mübarizə planının sxemi, 2 gəminin gəmi qəza yedək əməliyyatları planı, 5 gəminin yüklərin bərkidilməsi üzrə rəhbərliyi, 2 gəminin yanğınla mübarizə üzrə təlimatı, 10 gəminin “gəmi mühafizə planı” təsdiq edilib. 2 limana isə “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluq haqqında şəhadətnamə verilib.

Sadaladıqlarımız 2015-ci ildə görülən işlərin çox az bir hissəsidir. Bundan başqa, təqdirəlayiq haldır ki, ötən il ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, korrupsiyaya şərait yaradan halların aşkar edilməsi və onların aradan qaldırılması, habelə Azərbaycanda dəniz nəqliyyatı sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi, baş verə biləcək və baş vermiş fövqəladə halların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi üçün dəniz nəqliyyatı qurumları, digər təşkilatlar və vətəndaşlarla operativ əlaqənin təşkili məqsədi ilə Dövlət Dəniz Administrasiyasında hər gün 24 saat olmaqla həftənin 7 günü “Qaynar xətt” rabitə əlaqəsi (012) 497-44-05 fəaliyyətdədir.

Hesabat dövrü ərzində Dövlət Dəniz Administrasiyasının rəsmi şəxsləri qrafik tərtib edilməklə vətəndaşların qəbulunu ləngitmədən həyata keçirib.Bütün bunlar ARDDA-nın yeni – 2016-cı ildə daha uğurlu fəaliyyət göstərəcəyinə dair ümidləri və gözləntiləri artırır.

Təşəkkür borcu

Ötən ilin son ayında bütün xalqımızı yasa boğan dəniz faciəsi yaşandı. Belə ki, “Günəşli” yatağında baş verən partlayış nəticəsində onlarla neftçimiz həyatını itirdi.Hadisə ilə əlaqədar ARDDA digər aidiyyatı dövlət qurumları ilə birgə öz qüvvələrini səfərbər edərək axtarış-xilasetmə və hadisənin nəticələrinin aradan qaldırılmasına aktiv surətdə cəlb olunub.Hadisə baş verdiyi andan etibarən Dövlət Dəniz Administrasiyası tərəfindən müasir peyk və radio rabitə, uzaq məsafədən tanınma və izləmə, gəmilərin hərəkətinin idarə olunması sistemi vasitəsilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin gəmilərinin hadisə baş verən əraziyə yönləndirilməsi, həyata keçirilən tədbirlərə gəmilərin cəlb olunması məqsədilə cəmiyyətin mütəxəssisləri ilə birlikdə məqsədyönlü işlər görüb.

 

Картинки по запросу DƏNİZ ADMİNSTRASİYASI VƏ QÜDRƏT QURBANOV

Dövlət Dəniz Administrasiyasının tabeliyində 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən müasir radar və müşahidə, avtomatik identifikasiya sistemləri, uzaq məsafədən tanınma və izləmə avadanlıqları vasitəsilə «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyətinin gəmilərinin dəniz işlərinə cəlb olunması məqsədilə koordinasiyanın təşkili, suüstü müşahidələrin aparılması, hadisə baş verən əraziyə yaxın olan digər gəmilərin işlərə cəlb olunması üçün gəmi kapitanlarına icrası məcbur olan göstərişlərin verilməsi təmin edilib.

Həmçinin Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən Xəzəryanı dövlətlərin eyni adlı Mərkəzlərinə, eləcə də həmin dövlətlərin bayraqları altında üzən gəmilərə naviqasiya xəbərdarlıqları göndərilmiş və qarşılıqlı əməkdaşlıq nəticəsində fasiləsiz olaraq əldə edilən məlumatların analiz olunaraq aidiyyəti üzrə ötürülməsi təmin olunub.

Bir sözlə, “Günəşli” yatağındakı məlum hadisənin mənfi nəticələrinin aradan qaldırılmasında, xüsusilə faciə zamanı itkin düşən neftçilərin tapılıb ailələrinə təhvil verilməsində Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə, ARDDA-nın da əməyini xüsusi qeyd etməyə və təşəkkür bildirməyə dəyər. Baxmayaraq ki, əminliklə deyə bilərik, nə hörmətli Qüdrət Qurbanov, nə də onun rəhbəri olduğu əməkdaşları belə təqdir və təşəkkür təmənnasında deyillər. Onlar sadəcə, öz vəzifə borclarının, ölkə rəhbərliyinin qarşılarına qoyduğu missiyanın layiqincə yerinə yetirilməsinə çalışdıqlarını, ən əsası isə, buna nail olduqlarını düşünürlər, odur ki, hər hansı xüsusi minnətdarlığa gərək görmürlər.

Əslində ARDDA-nın uğurlu fəaliyyətinin əsas sirrini də bunda axtarmaq lazımdır – bu qurum rəhbər şəxsindən ən sıravi işçisinədək məsuliyyətli, peşəkar, eyni zamanda təvazökar kadrlardan qurulub.

Hətta “topuğa da dəyməyən daşlar”

Bir məqama da toxunmadan keçmək olmaz: təəssüf ki, ARDDA-nın uğurlu fəaliyyətini həzm etməyənlər, elə bu səbəbdən də bu quruma və onun rəisi Qüdrət Qurbanova qarşı qarayaxma kampaniyası aparmağa çalışanlar tapılır. Xüsusilə Qüdrət müəllimin adını MTN ətrafında cərəyan edən hadisələrə bağlamaq cəhdləri bir tərəfdən gülüş, digər tərəfdən ikrah doğurur. Təkcə ona görə yox ki, ARDDA və onun rəhbərliyinin fəaliyyəti tam şəffafdır, Azərbaycan qanunvericiliyinin tələblərinə əsaslanır.Həm də ona görə ki, belə qarayaxmalar “çamur at, yapışmasa da, izi qalar” prinsipinə (daha doğrusu, prinsipsizliyinə!) əsaslanır, hansısa cılız və çirkli məqsədlərə xidmət edir.

Biz isə əminik ki, ARDDA və onun rəisi bütün qarayaxmlara baxmayaraq, onlara əhəmiyyət vermədən yoluna yenə də əvvəlki əzm və iradəylə,yüksək peşəkarlıqla davam edəcək, 2016-cı ildə daha böyük uğurlara imza atacaq.

Azər ABDUL   

 

 

 

 

 

  






Fikirlər