CAHANGİR Hacıyev SAMİR Şərifovu ifşa edəcək - TƏFSİLAT

Cahangir Hacıyev Samir Şərifovu ifşa edəcək - Maliyyə naziri Samir Şərifovun Azərbaycan Beynəlxalq Bankının prezidenti Cahangir Hacıyevi bitirmək planı artıq onun öz əleyhinə işləməyə başlayıb. 
İstiqlal.az-a daxil olan məlumata görə, "kredit qalmaqalı"na görə həbs olunanların ailə üzvləri prezident İlham Əliyevə müraciət edərək "kredit qalmaqalı" ilə bağlı bəzi məqamları dövlət başçısının diqqətinə çatdırıblar.
Məlumatda deyilir ki, onlar Samir Şərifovun fürsətdən istifadə edərək Azərbaycan Beynəlxalq Bankından götürülən kreditlər hesabına açılan müəssisələri ələ keçirmək istədiyini iddia ediblər. Onların sözlərinə görə, Samir Şərifov "Metanol" zavodunu, "Şəki İpək" ASC-ni, Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra əmirliyində tikilən "İntertekstil" fabrikini və "İnterstil" poladtökmə zavodunu, BOT ayaqqabı şirkətini, Bakı Fındıq Zavodunu və digər müəssisələri ucuz qiymətə satışa çıxarıb. Əslində isə məqsəd bu müəssisələri ələ keçirməkdir.
İddialara görə,  bu müraciət Cahangir Hacıyevin tövsiyyəsi ilə hazırlanıb. Bildirilir ki, Samir Şərifova həlledici zərbəni Cahangir Hacıyevin özü vurmaq istəyir. Bankirin həbsdə maliyyə naziri ilə bağll kifayət qədər ciddi məqamların yer aldığı dosye hazırlayıb.  Cahangir Hacıyev hələlik bu dosyenin daxildə araşdırılmasını istəyir. Əgər bu baş verməsə bankirin dosyeni ictimailəşdirəcəyi şübhəsizdir. Bu isə Samir Şərifova sarsıdıcı zərbə ola bilər.
AzerTaym.az

 






Fikirlər