Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı — — Siyahı
Azərbaycan “GOBankingRates” agentliyinin tərtib etdiyi 50 yaşamaq üçün ən ucuz olan reytinq siyahısında qonşu ölkələri qabaqlayıb. AzerTaym.az ans press-ə istinadən məlumatına görə, Azərbaycan bu siyahıda 23-cü yerdədir. Reytinq əsasən yerli alıcılıq qabiliyyəti, icarə haqqı, ərzaq mallarının qiyməti, yerli mal və xidmətlərin istifadəsinin ucuz olmasına görə hazırlanıb. Azərbaycanda: Yerli alıcılıq qabiliyyəti 59,6%; İcarə haqqı 88,5% Ərzaq mallarının qiyməti 74%; Yerli mal və xidmətlərdən istifadə 69,3% daha ucuzdur. Agentliyin məlumatına görə, 50 ölkədə icarə haqqı Nyu-Yorka nisbətən 70%, ərzaq indeksi 40%, istehlak qiymətləri və xidməti 30 % daha ucuzdur. Azərbaycanı da Nyu-Yorkla müqayisə edən “GOBankingRates” burada yaşam səviyyəsinin Nyu-Yorka nisbətən 70% daha ucuz olduğunu vurğulayır. Reytinqdə Ermənistan 42, Gürcüstan 29, Türkiyə 31, Rusiya isə 39-cü yerdə bərqərar olub. İran isə ümumiyyətlə, 50 ölkədən ibarət olan siyahıya düşməyib. Yaşamaq üçün ən ucuz ilk 5 ölkə bunlardır: