Müdafiə NAZİRLİYİ bəzi KİV-ləri təxribatda İTTİHAM etdi

Müdafiə Nazirliyi bəzi KİV-ləri təxribatda ittiham etdi

Azərbaycan Müdafiə Nazirliyi bəzi KİV-i yalan xəbər yaymaqda ittiham edib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu gün bəzi elektron kütləvi informasiya vasitələrində 2014-cü ilin iyun ayında Naxçıvan istiqamətində yerləşən qoşunların təmas xəttindəki vəziyyətlə əlaqədar dərc olunmuş dezinformasiya xarakterli məlumat təkrarən sosial şəbəkələrdə və elektron mediada yayımlanıb.

"Məlumat təqribən iki il əvvəl verilib və elə o vaxt da dərhal Müdafiə Nazirliyi tərəfindən bu xəbərin dezinformasiya olması bildirilib. Bu əsassız xəbərin yenidən gündəmə gətirilməsini kimlərinsə maraqlarına xidmət və təxribata şərait yaratmağa cəhd kimi dəyərləndiririk” - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün bəzi elektron kütləvi informasiya vasitələri ermənilərin Naxçıvana hücum etməsi barədə məlumatlar yayıb.






Fikirlər