23.01.2014. - Yeni balıqlara baş nazirlə həyat yoldaşının adı verildi

23.01.2014. -   Yeni balıqlara baş nazirlə həyat yoldaşının adı verildi Türkiyənin Rize vilayətindəki “Rəcəb Tayyib Ərdoğan” universiteti (RTEU) Su məhsulları fakultəsinin akademikləri elmə məlum olmayan 3 yeni sazan növü kəşf edib.
AzerTaym.az-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, balıqlara “Alburnoides emineae”, “Alburnoides recepi”“Alburnoides velioglui” adı verilib.
Yeni balıq növləri professor Davut Turan, professor Gülər Ekmekçi, akademik Cüneyt Kaya və Esra Doğanın bircə fəaliyyəti nəticəsində kəşf olunub.
Fakultənin müəllimi Davut Turan kəşf olunan balıqlardan ikisinə ad verilərkən baş nazir Rəcəb Tayyib Ərdoğanxanımı Əminə Ərdoğanın adından ilham aldıqlarını deyib.


P.S. Buyurun bu da,şəxsiyyətə pərəstiş və avtoritarizmin TÜRKİYƏ MODELİ!
Dinçi,islamçı bir iqtidarın hakimiyyətdə olduğu bir dönəmdə bu cür "ŞİRK"ə (şərik qoşmaq-red.) gətirib çıxaran addımların atılması olduqca təəccüblüdür!
Proseslərin qarşısı alınmaz xətlə inkişafı ölkədə ortodoksal feodal zehniyyətinin pərvərış tapmasına gətirib çıxara bilər.






Fikirlər