KƏMALƏDDİN HEYDƏROV OĞLUNUN TOYUNDA BELƏ OXUDU – Video

KƏMALƏDDİN HEYDƏROV OĞLUNUN TOYUNDA BELƏ OXUDU – VideoBu günlərdə kiçik oğluna toy edən Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğluna səmimi təbriklərini çatdırdığı maraqlı video görüntüsü yayılıb.

Sosial şəbəkədə paylaşılan videoda nazir Rəşid Behbudovun repertuarından “Alagöz” mahnısını səsləndirib.
K.Heydərovun ifası mərasim iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Nazir ifasını “Eşq olsun Heydər Əliyev, eşq olsun İlham Əliyev” şüarı ilə tamamlayıb.

Qeyd edək ki, nazir Kəmaləddin Heydərov həm də bir sıra mahnıların musiqisinin müəllifidir. O, mahnılarını “Kamal” imzası ilə bəstələyir.







Fikirlər