Bu əmələ görə sürücülər 800 manat cərimə olunacaq - RƏSMİ - VİDEO

Bu əmələ görə sürücülər 800 manat cərimə olunacaq - RƏSMİ - VİDEO

Avtomobilin ön və arxa kapotlarını açmaqla, nömrələrin üstünü bağlamaqla məsuliyyətdən yayınmaq istəyən sürücüləri 800 manatadək cərimə gözləyir. Bunu Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis leytenantı Rüstəm Əhmədli deyib. O, bildirib ki, bir çox hallarda sürücülər cərimədən yayınmaq üçün nömrələri gizlədərək hərəkət edirlər. “Amma bu onları məsuliyyətdən azad etmir. Əksinə 800 manatadək cəriməsi var.”

R.Əhmədli bildirib ki, sürücülərin dayanma-durma və parklanma qaydalarını pozması haqlı narazılığa səbəb olur. “Tıxaclar yaranır, digər hərəkət iştirakçıları mənzil başına vaxtında çata bilmir. Odur ki, sürücülərdən xahiş edirik ki, düzgün parklanma qaydalarına riayət etsinlər.”

 






Fikirlər