Bu şirə İNFARKTDAN qoruyur. Hər gün için!
Ürəyin işemik xəstəliyi bütün dünyada ən yayılmış ürək patologiyası olub infarktın başlıca səbəbi və əsas ölüm faktoru sayılır. Bu xəstəliyi olan insanların orqanizmində azot oksidinin səviyyəsi aşağı olur. Azot oksidi orqanizm tərəfindən sintez olunur və sağlamlıq üçün çox vacib maddə sayılır. Azot oksidi arterial təzyiqi aşağı salır və həmçinin orqanizmə iltihabəleyhinə təsir edərək damarları patoloji dəyişikliklərdən qoruyur. Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, Böyük Britaniya alimləri ürəyin işemik xəstəliyndən əziyyət çəkən insanlara hər gün 1 stəkan çuğundur şirəsini içməyi tövsiyə edirlər. Bu şirə orqanizmdə azot oksidinin sintezini artırır və bununla da işemik xəstəliyi olan insanların sağlamlığına müsbət təsir edir, damarlarda gedən iltihabi prosesləri ləngidir, infarktın riskini azaldır.