DİQQƏT! İnsanlar qəfildən buna görə ölür – Vacib məlumat ...
Son zamanlar yuxuda ölümlərin sayı artıb. Bəs necə olur ki, insan öldüyünü hiss etmədən yatıb ayılmır? Bu cür hallar kimlərdə daha çox müşahidə olunur? Kimlər risk altındadır? azal vakansiya Mövzu ilə bağlı Yenisabah.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ani ölümə müxtəlif xəstəliklər səbəb ola bilər: “Birincisi, trombimbaliya. Bu, ani ölümə gətirib çıxaran hadisədir. İnsan hətta ayıq olsa belə, bu hal dərhal ölümə gətirib çıxarır. İkincisi, ürəyin, beyinin işemik xəstəliyi. İnsult, beyin infarktı dərin yuxuda insanı ölümə apara bilər. Nəzərə almaq lazımdır ki, diabet xəstələrində infarkt ağrısız olur. Onlarda neyropatiya inkişaf etdiyinə görə işemik proses ağrısız keçir. Ona görə də bu xəstələrdə ani ölüm yuxuda baş verdikdə xəstə bunu hiss etmir, amma ürək infarktında xəstə ağrıdan yuxudan ayılır”. Professor qeyd edib ki, qəfili ölümlərin heç biri təsadüfi deyil və buna konkret xəstəliklər təsir edir: “Tibbdə ürəyin elektrik dayanması deyilən hadisə var. Əgər bu yuxuda baş verərsə, ölüm halına gətirib çıxara bilər. Ürək mədəciyinin ekstrasistoliyası var, bu da yuxuda ölümə gətirib çıxarır. Qısasıyuxuda qəfil ölümlərin heç biri əsassız deyil, hər birinin konkret tibbi izahı var”.