02.08.2014- Saakaşvili haqqında həbs qərarı
APA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, beləliklə, məhkəmə Gürcüstan Baş Prokurorluğunun tələbini təmin edib.
Qeyd edək ki, iyulun 28-də Gürcüstan Baş Prokurorluğu Saakaşvili barəsində cinayət işinin başlandığını elan edib. İyulun 29-da isə sabiq dövlət başçısına 2007-ci ilin oktyabrın 7-də müxalifət aksiyasının dağıdılması, "İmedi” telekanalını viran etmə və bu telekanalın təsisçisi Badri Patarkatsişvilinin mülkiyyətinin əlindən alınması ilə bağlı iş üzrə vəzifə səlahiyyətlərini aşmaqda qiyabi olaraq ittiham irəli sürülüb.
Mixail Saakaşvili 2013-cü ilin noyabrında yeni prezidentin inauqurasiyasından sonra ölkəni tərk edib.