Almaniya mətbuatı “ASAN xidmət”dən yazdı..
Məqalədə qeyd edilir ki, Azərbaycan hökuməti müasir dövrdə beynəlxalq siyasi və iqtisadi həyatda öz layiqli yerini ancaq əhalinin potensialından istifadə etməklə tuta biləcəyini başa düşür. “ASAN xidmət”in yaradılması da bunu göstərir. Müəllif “ASAN xidmət” yaradılması haqqında məlumat verir, Azərbaycan Prezidentinin müvafiq Sərəncamını xatırladır.
Məqalədə Berlində keçirilən “Səmərəli dövlət 2015” konfransı çərçivəsində “ASAN xidmət”in təqdim olunması barədə də məlumat verilir. Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun fikirlərinə yer verilir. (Azərtac)