GÜLƏN in qardaşı oğlu xaricdə tutularaq Türkiyəyə GƏTİRİLDİ...

Gülənin qardaşı oğlu xaricdə tutularaq Türkiyəyə gətirildi

FETÖ/PDY lideri Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülən Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən xaricdə tutularaq Türkiyəyə gətirilib.

  “Anadolu” agentliyi xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, FETÖ-də bir çox önəmli şəxslərlə qohumluq əlaqəsi olan Səlahəddin Gülənin liderin əmri və FETÖ-nün xüsusi təşkilatının köməyi ilə xaricə qaçdığı bildirilirdi.

“Silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə saxlanılan S. Gülənin terror təşkilatının məsləhətləşmə komitəsinin üzvləri və yüksək vəzifəli şəxsləri ilə də əlaqəli olduğu müəyyən olunub. Bundan əlavə Gülən azyaşlı bir qıza təcavüz etməkdə də ittiham olunur.

Səlahəddin Gülən MİT tərəfindən ölkə xaricində aparılan əməliyyatla Türkiyəyə gətirilib. /“Qafqazinfo”

 






Fikirlər