Yaponiya koronavirusla bağlı fövqəladə vəziyyəti ləğv etməyi planlaşdırır

Yaponiya koronavirusla bağlı fövqəladə vəziyyəti ləğv etməyi planlaşdırır

Yaponiya hakimiyyəti koronavirus səbəbindən tətbiq edilən fövqəladə rejimi ləğv edə bilər.
 
Bunu Baş nazir Yoşihide Suqa deyib.
 
Fövqəladə rejim ən çox əhalisi olan Tokio və Osaka da daxil olmaqla, ölkənin 19 prefekturasında qüvvədədir.
 
Baş nazir koronavirusa yoluxmanın azaldığını qeyd edib. Onun sözlərinə görə, fövqəladə vəziyyətin ləğvi ilə bağlı qərar bir neçə gün ərzində verilə bilər.
 
Qeyd edək ki, Yaponiyanın bir sıra bölgələrində fövqəladə vəziyyət rejimi yanvarın əvvəlində COVID-19-a yoluxma hallarının artması səbəbindən tətbiq edilib.
 
Sentyabrın 25-də Yaponiyada koronavirusa yoluxanların sayı 382 olub. Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, COVID-19 pandemiyası zamanı 1 689 899 nəfər xəstələnib, 17 421 nəfər ölüb.  (Report.az)






Fikirlər