Çavuşoğlu Pompeonun ittihamlarına SƏRT cavab verdi...

Çavuşoğlu Pompeonun ittihamlarına sərt cavab verdi

"İcazəsiz otağa girmək nə protokola, həm də siyasi ədəbə uyğun idi".

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun memuarlarında yer almış ittihamlara cavab verib.

Nazirin sözlərinə görə, sabiq vitse-prezident Mayk Pensin Türkiyəyə səfəri zamanı həqiqətən Ərdoğanla təkbətək söhbət olub. Söhbətin uzanmasından narahat olan Amerika heyəti, o cümlədən Mayk Pens danışıqların getdiyi otağa girmək istəyib. "Bizə ehtiyac olarsa, içəriyə girərik, - deyə Çavuşoğlu onu xəbərdar edib. - İcazəsiz otağa girmək nə protokola, həm də siyasi ədəbə uyğun idi"

XİN rəhbəri M. Pompeonun Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olarkən, 2017-ci ildə Türkiyəyə səfəri zamanı baxdığı filmə dair qeydlərinə də toxunub. Onun sözlərinə görə, Pompeo FETÖ-çu çevrilişi dəstəkləyib. "Hətta bununla bağlı bir tvit atıb, sonradan onu silib". 

Xatırladaq ki, Mayk Pompeo “Heç vaxt bir qarış da vermə: Sevdiyim Amerika üçün mübarizə” kitabında vitse-prezident Pensin Ərdoğanla görüşünün böyük gərginliklə müşayiət olunduğunu yazıb:

"Ərdoğan vitse-prezidentlə bir neçə dəqiqə təkbətək danışmaq istədiyini dedi. Yarım saatdan sonra dedim ki, vitse-prezidenti görməliyəm, amma mənə heç kim heç nə demədi. 20 dəqiqə keçdi və mən Pensin yanına getməyə qərar verdim. İcazə gözləmədən Ərdoğanla Pensin görüşdüyü otağa doğru addımladım, amma qapı bağlı idi. Vəzifədaşıma (Çavuşoğluna - red.) dedim ki, açmasan, qapını sındırarıq.

Təhlükəsizlik komandamız bunun Türkiyə təhlükəsizlik işçiləri ilə münaqişə yaranacağından narahat idi, lakin bu baş vermədi. Türkiyənin təhlükəsizlik qüvvələri qapını açdı və mən Ərdoğanla Pens arasında danışıqlara qoşuldum".

M. Pompeo kitabının başqa bir hissəsində 2017-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri kimi Türkiyəyə etdiyi səfərdən də bəhs edib: "Penslə Türkiyəyə etdiyimiz həmin səfər zamanı uğursuz çevrilişlə bağlı bizə film göstərdilər. Bu film o qədər uzun və eybəcər idi ki, onu psixi problemli şəxsin çəkilişi hesab etdim.

Həmin görüşdə mən ABŞ-ın Suriyanın şimalındakı kürd hərbi qüvvələrinə dəstəyini dayandırmayacağını dedikdə, MİT rəhbəri Hakan Fidan, Ərdoğanın sözçüsü və müşaviri İbrahim Kalın çox məyus oldu və otaqdan çıxdılar

 

Heç vaxt iclas otağında qəzəbin bu qədər tez alovlandığını görməmişdim..."

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

 






Fikirlər