Müharibə yaya qədər davam edəcək, Rusiya qalib olacaq - Çin

Müharibə yaya qədər davam edəcək, Rusiya qalib olacaq - Çin

Ukrayna-Rusiya müharibəsi yaya qədər davam edəcək və Rusiyanın qalibiyyəti ilə sonlanacaq. 

Bu barədə Yaponiyanın "Nikkei Asia" qəzeti Çin mediasının hesabatına əsasən məlumat verib. 

İddiayə görə “sülh” planının elan edilməsindən iki ay əvvəl Pekində Çin Kommunist Partiyasının nəzarətində olan aparıcı beyin mərkəzi Ukraynadakı müharibə ilə bağlı hesabat yayıb. 

Müharibənin başa çatmasının əsas səbəbi Ukrayna və Rusiya iqtisadiyyatlarının tükənməsi göstərilib. Bildirilir ki, iqtisadi vəziyyət payızda döyüşlərin davam etdirilməsinə imkan verməyəcək. Hesabatda qalib tərəfin Rusiya olacağı qeyd olunub./Modern.az 






Fikirlər